Ərdoğanla söhbət edən uyğur qadına 20 il həbs 

Ərdoğanla söhbət edən uyğur qadına 20 il həbs 

Hazırda oxunan: Ərdoğanla söhbət edən uyğur qadına 20 il həbs 

66424

2017-ci ildə Meriem Emet adlı uyğur qadın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Sincana səfəri zamanı danışdığına görə həbs edilib və 20 il müddətinə azadlıqdan məhrum edilib .  

Bizim.Media “TRT na Russkom”a istinadən xəbər verir ki, bu barədə məlumat yalnız indi dərc olunub. 

Qadının hazırda iki uşaqla İstanbulda yaşayan əri Əbdüllətif Kuçarın sözlərinə görə, Çin kəşfiyyat orqanları Emetlə 2012-ci ildə, Ərdoğan Urumçiyə işgüzar səfərə gələndə maraqlanıb.

Sincan sakini onunla görüşüb 1 saata yaxın danışa bilib. Bundan sonra o, mütəmadi olaraq dindirilməyə çağırılıb, əri isə ölkəni tərk etmək məcburiyyətində qalıb. Cütlüyün iki övladı daha sonra 20 ay müddətinə dövlət internat məktəblərində qalıblar. 2019-cu ilin dekabrında Kuçar onları götürüb Türkiyəyə apara bilib. 

Daha sonra həyat yoldaşı M.Əmətlə görüşə bilib. Onun sözlərinə görə, M.Əmət özünü heykəl kimi aparıb və demək olar, onun heç bir sualını cavablandırmayıb.

Hüquq müdafiəçiləri onun həbsini Çin hakimiyyətinin Sincandakı uyğurlara və digər türk-müsəlman milli azlıqlara qarşı repressiya kampaniyası ilə əlaqələndiriblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO