Rusiyadakı gizli toplantı ifşa oldu - Putindən Zelenski üçün ölüm qərarı

Rusiyadakı gizli toplantı ifşa oldu - Putindən Zelenski üçün ölüm qərarı

Hazırda oxunan: Rusiyadakı gizli toplantı ifşa oldu - Putindən Zelenski üçün ölüm qərarı
647794
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya mətbuatında Vladimir Putinin sədrliyi ilə keçirilən gizli Təhlükəsizlik Şurası iclasında Ukrayna Prezidenti Volodimir Zelenski və Ukrayna Silahlı Qüvvələrinin yüksək rütbəli komandanlarının hədəfə alınmasına dair qeyri-rəsmi məhdudiyyətin ləğv edildiyi iddia olunur. Kreml bu məlumatla bağlı hələlik rəsmi açıqlama verməyib.

Bizim.Media xəbər verir ki, “Moskovski Komsomolets” və “Bloknot” nəşrlərinə istinadən yayılan xəbərlərə görə, noyabrın 12-də keçirilən qapalı iclasda Ukraynanın Rusiyanın neft ixracı infrastrukturuna, xüsusilə Baltik dənizi sahilindəki Ust-Luqa limanına hücumları müzakirə olunub.
 

İddialara əsasən, Rusiya təhlükəsizlik rəsmiləri Ukraynanın hərbi və siyasi rəhbərliyinə qarşı daha sərt əməliyyatların keçirilməsini, o cümlədən hücum əmrlərini verən şəxslərin hədəfə alınmasını təklif ediblər.


Müzakirələrdə Zelenski ilə yanaşı, Ukrayna Baş Qərargahının yüksək rütbəli hərbçilərinin də mümkün hədəflər sırasında olduğu bildirilir. Həmçinin bunker və avtomobil karvanlarına zərbələr endirilməsi, FAB-3000 bombalarından və “İsgəndər” ballistik raketlərindən istifadə imkanlarının nəzərdən keçirildiyi iddia olunur.

Rusiya mətbuatının məlumatına görə, Leninqrad vilayətində hava hücumundan müdafiə sistemlərinə təxminən 24 milyard rubl (300 milyon dollar) vəsait xərclənib. Buna baxmayaraq, Ukraynanın pilotsuz uçuş aparatları ilə hücumlarının qarşısını tam almaq mümkün olmayıb.

Xəbərlərdə iddia olunan qərarın icrası ilə bağlı rəsmi əmr verildiyi təsdiqlənməyib. Zelenskiyə qarşı əvvəlki sui-qəsd cəhdləri və tərəflər arasında guya mövcud olmuş qeyri-rəsmi razılaşma barədə məlumatlar da müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO