Putin ABŞ nümayəndələrinə hansı təklifləri verdi? – Moskva görüşünün detalları

Putin ABŞ nümayəndələrinə hansı təklifləri verdi? – Moskva görüşünün detalları

Hazırda oxunan: Putin ABŞ nümayəndələrinə hansı təklifləri verdi? – Moskva görüşünün detalları
647409
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Prezidenti Vladimir Putin noyabrın 12-də ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerlə Kremldə görüşüb. Təxminən 2,5 saat davam edən danışıqlarda Ukraynadakı müharibənin dayandırılması, humanitar məsələlər və əsir mübadiləsi müzakirə olunub.

Bizim.Media xəbər verir ki, görüş zamanı Putin Konstantinovka şəhərinin mülki əhalisinin təxliyəsi üçün, Aleşkidə olduğu kimi, humanitar missiyanın təşkilini təklif edib. Rusiya lideri həmçinin humanitar məsələlərin həllinə göstərdiyi köməyə görə ABŞ-ın birinci xanımı Melaniya Trampa təşəkkürünü çatdırıb.

Putin ABŞ-a Avropa ilə işləməyi və qitə ölkələrinə nəyə nail olmaq istədiklərini – sülhə, yoxsa müharibəyə üstünlük verdiklərini müəyyənləşdirməkdə kömək etməyi təklif edib.
 

Stiv Uitkoff bildirib ki, danışıqlarda əsir mübadiləsindən başqa digər humanitar məsələlər də müzakirə olunub. Onun sözlərinə görə, bu məsələlərlə bağlı yaxın vaxtlarda əlavə məlumat veriləcək.


Uitkoff Avropa ölkələrinin danışıqların nəticələri barədə məlumatlandırıldığını da qeyd edib. O vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişəni mümkün qədər tez başa çatdırmağa çalışır.

Görüş başa çatdıqdan dərhal sonra Uitkoff və Kuşner Moskvadan ayrılıblar. Cared Kuşner isə Moskvaya səfərdən sonra onun və Uitkoffun Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Dublinə yollanacaqlarını bildirib. Onun sözlərinə görə, görüşdə həmin gün müzakirə olunan bəzi təkliflər Ukrayna lideri ilə də müzakirə ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO