"Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir” – Çavuşoğlu 

Hazırda oxunan: "Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir” – Çavuşoğlu 
64406
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Cənubi Qafqazda sülh və sabitlik üçün səy göstəririk". 

Bizim.Media xəbər verir ki, bunu erməni həmkarı ilə görüşdən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib. 

"Bu istiqamətdə səylərimizə hər tərəfdən dəstək görürük. Xüsusən Türkiyə və Ermənistan arasında atılan addımlar və normallaşma prosesindən Azərbaycan da məmnundur. Bu yaxınlarda Bakıda idim. Azərbaycan da bu prosesi dəstəkləyir. Regionda sülh və sabitlik hamının xeyrinədir. Bu istiqamətdə addımlar atmağa davam edəcəyik", - deyə nazir qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Çavuşoğlu Antalyada Mirzoyanla görüşdü - FOTO/VİDEO


Çavuşoğlu görüşün məhsuldar və konstruktiv keçdiyini vurğulayıb:  

“Prezident Ərdoğan və Baş nazir Paşinyanın pozitiv mesajlarından sonra münasibətləri normallaşdırmaq üçün bir proses başlayıb, xüsusi nümayəndələr təyin olunub. Xüsusi nümayəndələr iki dəfə görüşüblər, Moskva və Vyanada. Onlar münasibətləri tam normallaşdırmaq üçün atılacaq addımları müzakirə edirlər. Bu gün biz də bunu müzakirə etdik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO