Qarsda bir günlük körpənin ağzına salfet qoyularaq öldürüldüyü müəyyən edilib

Qarsda bir günlük körpənin ağzına salfet qoyularaq öldürüldüyü müəyyən edilib

Hazırda oxunan: Qarsda bir günlük körpənin ağzına salfet qoyularaq öldürüldüyü müəyyən edilib
639582
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qarsda yeni doğulan körpənin ölümü ilə bağlı başlanmış araşdırma çərçivəsində məzar açılaraq ekspertiza aparılıb. Bir günlük oğlan uşağının ağzına salfet qoyularaq qətlə yetirildiyi müəyyən edilib.

Bizim.Media  xəbər verir ki, H.K. adlı qadın doğumdan sonra xəstəxanadan evə buraxılıb.
 

Daha sonra xəstəxana işçilərinin əlaqə saxladığı qadın körpəsinin öldüyünü və dəfn olunduğunu bildirib. Vəziyyət şübhəli göründüyündən Qars Respublika Prokurorluğunun göstərişi ilə araşdırma başlanıb.


Məzarın açılması nəticəsində aparılan ilkin yoxlamada körpənin ağzına salfet qoyularaq boğulduğu üzə çıxıb. 

İstintaq çərçivəsində ana H.K., nənə B.E. və baba S.E. saxlanılıb. Məhkəmə qarşısına çıxarılan ana və nənə həbs olunub, baba isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO