
- A-
- A
- A+
Cəmiyyət
10:27 / 21.11.2026
1 dəq oxunma
Dövlət bağçalarındakı uşaqların sayı özəllərdən çoxdur - Statistika
Hazırda oxunan: Dövlət bağçalarındakı uşaqların sayı özəllərdən çoxdur - Statistika
648880
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
2026-cı ildə Azərbaycanda 1 702 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib.
Bizim.Media xəbər verir ki, dövlət bağçalarında ümumilikdə 108 053 uşaq təlim-tərbiyə alıb. Onlardan 50 518-i qızdır.
Dövlət məktəbəqədər təhsil müəssisələrinin 977-si şəhər yerlərində yerləşib. Həmin bağçalarda 85 523 uşaq olub.
Ötən il ölkədə özəl bağçaların sayı isə 172 təşkil edib. Bu müəssisələrdə 8 736 uşaq təhsil alıb. Onlardan 4 398-i qızdır.
Statistikadan göründüyü kimi, dövlət bağçalarının sayı özəl bağçalardan 1 530 ədəd çoxdur. Yəni dövlət bağçaları özəl bağçalardan təxminən 9,9 dəfə çoxdur.
Dövlət bağçalarındakı uşaq sayı isə özəl bağçalarla müqayisədə 99 317 uşaq çoxdur.
Fəridə, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.































































































