Bu gün Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın məhkəməsi başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Köçəryan məhkəmə iclasının keçirildiyi binaya “Ford Tranzit” maşını ilə gətirilib.
Köçəryanın məhkəməyə bu cür gətirilməsi erməni sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirəyə səbəb olub.
Bəziləri onun bahalı “Leksus”da deyil, “Ford Tranzit” maşını ilə gətirilməsini xoş qarşıladıqlarını bildiriblər.



Bizim.Media


































































































