Gürcüstanda əhalinin 6,8 faizinin ana dili Azərbaycan dilidir: siyahıyaalma

Gürcüstanda əhalinin 6,8 faizinin ana dili Azərbaycan dilidir: siyahıyaalma

Hazırda oxunan: Gürcüstanda əhalinin 6,8 faizinin ana dili Azərbaycan dilidir: siyahıyaalma
632002
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstanda Azərbaycan dili ana dili kimi ən çox istifadə olunan ikinci dilə çevrilib.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin 2024-cü il əhali siyahıyaalınmasının nəticələrində qeyd olunub.
 

Məlumata görə, Gürcüstan əhalisinin 6,8 faizinin ana dili Azərbaycan dilidir. Bu isə təxminən hər 14 nəfərdən birinin Azərbaycan dilini ana dili hesab etməsi deməkdir. Ölkədə 265 min 534 nəfər Azərbaycan dilini ana dili kimi göstərib.


Azərbaycan dili ana dili göstəricisinə görə yalnız gürcü dilindən geri qalır. Gürcü dili əhalinin 85,1 faizinin ana dilidir. Bu dili ana dili kimi göstərənlərin sayı 3 milyon 343 min 987 nəfərdir.

Gürcüstanın rəsmi statistikasında Azərbaycan dilinin mövqeyinin son onillikdə gücləndiyi də görünür. Belə ki, 2014-cü il siyahıyaalınması ilə müqayisədə Azərbaycan dilini ana dili kimi göstərənlərin sayı təxminən 15 faiz artıb. (modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO