Rusiya ordusunun iyul ayında 42 860 hərbçisi ölüb və ya yaralanıb. Bu, 2025-ci ilin yanvarından bəri ən yüksək aylıq göstəricidir.
Bizim.Media xəbər verir ki, “The New York Times”ın yazdığına görə, Rusiyanın müharibə başlayandan bəri ümumi hərbi itkiləri 1,5 milyona yaxınlaşır.
Qəzetin məlumatına əsasən, Moskva ordunu yeni şəxsi heyətlə təmin etməkdə çətinlik çəkir və buna görə müxtəlif üsullarla yeni döyüşçülər cəlb etməyə çalışır. Hətta Afrikadan muzdlu və ya müqaviləli hərbçilərin cəlb edildiyi bildirilir.
Eyni zamanda, Ukrayna iyul ayında bir ildən çox müddətdə ən böyük ərazi uğurlarına nail olub. Cənub cəbhəsində təxminən 780 kvadratkilometr ərazi və 26 yaşayış məntəqəsi azad edilib, Rusiya qoşunları isə 11 kilometrdən çox geri çəkilib.
Bizim.Media

































































































