Ermənistan parlamentində “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan seçicilərin yarıdan çoxunun hakim “Vətəndaş müqaviləsi” partiyasını dəstəkləmədiyini və həmin vətəndaşların müstəqil məhkəmə sistemi tərəfindən müdafiə olunmalı olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, Karapetyanın sözlərinə görə, belə bir məhkəmə sisteminin yaradılmasına görə məsuliyyət hazırkı hakimiyyətin üzərinə düşür.
“Gələcəkdə hakimiyyət nümayəndələrinin özlərinin də siyasi təzyiq olmadan qərar çıxara bilən və kiminsə telefon zəngindən qorxmayacaq məhkəməyə ehtiyacı ola bilər”, – deyə o bildirib.
Karapetyan müxalifət tərəfdarlarının cinayət təqibinə məruz qalmasını da yenidən tənqid edib. Onun sözlərinə görə, son günlər 100-dən çox insan həbs olunub.
Bizim.Media




































































































