Ərdoğan yeni səfirləri təyin etdi

Ərdoğan yeni səfirləri təyin etdi

Hazırda oxunan: Ərdoğan yeni səfirləri təyin etdi
630175
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə dörd ölkəyə və bir beynəlxalq nümayəndəliyə edilən səfir təyinatları "Türkiyə Respublikasının Rəsmi Qəzeti"ndə dərc olunub.

Bizim.Media  xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə verilən təyinat qərarlarına əsasən, Mustafa Levent Bilgən Türkiyənin Ukraynadakı səfiri vəzifəsindən geri çağırılaraq Türkiyənin İslandiya Respublikasındakı səfiri təyin edilib.

Fatma Ceren Yazqan Türkiyənin Niderland Krallığındakı səfiri vəzifəsindən geri çağırılaraq Türkiyənin Ukraynadakı səfiri təyin olunub.

BMT-nin Cenevrə Ofisi yanında Türkiyənin daimi nümayəndəsi Burak Akçapar Türkiyənin Niderland Krallığındakı səfiri təyin edilib.

Ayşə Sözən Usluər isə BMT-nin Cenevrə Ofisi yanında Türkiyənin daimi nümayəndəsi vəzifəsinə təyin olunub.

Bildirilib ki, təyinatlar Prezidentin 3 saylı Fərmanının 2, 3 və 4-cü maddələrinə uyğun olaraq həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO