Ərdoğan Meloni ilə DANIŞDI: Müdafiə sənayesində yeni addımlar atılır

Ərdoğan Meloni ilə DANIŞDI: Müdafiə sənayesində yeni addımlar atılır

Hazırda oxunan: Ərdoğan Meloni ilə DANIŞDI: Müdafiə sənayesində yeni addımlar atılır

623139

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Corcia Meloni ilə telefon danışığı aparıb.

Bizim.Media bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadla məlumat verir.

Bildirilib ki, telefon danışığı zamanı Türkiyə-İtaliya ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan Türkiyə ilə İtaliya arasında, xüsusilə müdafiə sənayesi sahəsində olmaqla, bütün istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi üçün səylərin davam etdirildiyini bildirib. O, ikitərəfli münasibətlərə yeni impuls verəcək addımların atılmasının vacibliyini vurğulayıb.

Türkiyə lideri, həmçinin ölkəsində keçiriləcək NATO Liderlər Zirvəsində müttəfiqlər arasında həmrəyliyin və əməkdaşlığın daha da möhkəmləndiriləcəyinə ümid etdiyini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO