Təbrizin qaz xəttində yanğın – ANBAAN VİDEO

Təbrizin qaz xəttində yanğın – ANBAAN VİDEO

Hazırda oxunan: Təbrizin qaz xəttində yanğın – ANBAAN VİDEO

622614

Bu gün səhər Təbrizin Vadi Rəhmət qəbiristanlığı ərazisində şəhərin qaz təchizatını təmin edən 250 funtluq qaz xəttində yanğın baş verib. Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb olunub və yanğının söndürülməsi əməliyyatına başlanılıb.

Bizim.Media xəbər verir ki, Təbriz Yanğın Mühafizə Təşkilatının baş direktoru Rza Canfəşan Nobəri bildirib ki, yanğın Vadi Rəhmət kompleksinin daxilində baş verib və əməliyyatçı qüvvələrin müdaxiləsi nəticəsində nəzarətə alınaraq tam söndürülüb.

O, həmçinin qeyd edib ki, hadisə zamanı iki ədəd yükləyici (loder) və bir su tankeri də yanıb.

Nəqliyyat vasitələrindən birinin sürücüsü xəsarət alıb və tibbi yardım göstərilməsi üçün təcili yardım əməkdaşlarına təhvil verilib.

Yanğın Mühafizə Təşkilatının rəhbəri əlavə edib ki, hadisənin başvermə səbəbi hazırda araşdırılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO