Ermənistanda dünən ölən hərbçi intihar edib - TƏFƏRRÜAT

Ermənistanda dünən ölən hərbçi intihar edib - TƏFƏRRÜAT

Hazırda oxunan: Ermənistanda dünən ölən hərbçi intihar edib - TƏFƏRRÜAT

621895

Xəbər verdiyimiz kimi, iyunun 26-da Ermənistan ordusunun muzdlu hərbi qulluqçusu ölüb.
 

MÖVZU İLƏ BAĞLI: 

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb


Bizim.Media xəbər verir ki, "ArmLur.am" saytına dünən həlak olan müqaviləli hərbi qulluqçu ilə bağlı baş vermiş hadisənin təfərrüatları məlum olub.

Nəşrin məlumatında qeyd olunub ki, cinayət işi intihar həddinə çatdırma əlamətləri ilə açılıb.
Hərbi qulluqçu R.X. orduya müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi çağırılıb, 6 aydan sonra isə "Vətən müdafiəçisi" proqramına daxil edilib.

Qeyd edək ki, "Vətən müdafiəçisi" proqramına əsasən, 18 yaşlı hərbi qulluqçu 6 aylıq xidmətdən sonra 5 il müddətinə müqaviləli hərbi qulluqçu ola bilər.

Qeyd olunub ki, hadisə Müdafiə Nazirliyinin rəhbər heyəti və hüquq-mühafizə orqanları əməkdaşları arasında təəccüb doğurub. Çünki əsgər hərbi hissədə tapılarkən məlum olub ki, silahdan ağıza atəş açılıb. Üstəlik, hadisə regionlarda yeni yaradılmış hərbi hissələrdən birində baş verib.

Bundan başqa, nəşrə daxil olan məlumata görə, hüquq-mühafizə sistemində qeydə alınıb ki, hadisədən əvvəl əsgər əllərinə xəsarət yetirməyə çalışıb. Belə ki, onun əllərində çox da dərin olmayan cırmaq izləri olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO