Türkiyənin İstanbul şəhərində Kadıköy-Sabiha Gökçen Hava Limanı marşrutu üzrə hərəkət edən M4 metro qatarı relsdən çıxdığı üçün xəttində vətəndaşlar tünelin içində köməksiz vəziyyətdə qalıblar.
Bizim.Media “ensonhaber.com”a istinadla xəbər verir ki, rülsdən çıxan qatarın sərnişinləri tunlein içindən təxliyə olunublar.
Tüneldə köməksiz qalan vətəndaşların görüntüləri elə tüneldəki sərnişinlər tərəfindən lentə alınıb. Qeyd olunub ki, baş verən qəza səbəbindən digər stansiyalarda da sərnişin sıxlığı yaranıb.
Bostancı və Ayrılıkçeşme stansiyalarında vətəndaşların 40 dəqiqədən çox metro gözlədiklərinə dair sosial şəbəkələrdə paylaşımlar edilib.
Məsələ ilə bağlı "Metro İstanbul" şirkəti tərəfindən hələlik heç bir rəsmi açıqlama verilməyib.
Bizim.Media

































































































