Ermənistan Mərkəzi Seçki Komissiyası 17 iyun tarixli iclasında Ermənistanın ikinci prezidenti və "Ermənistan" blokunun lideri Robert Köçəryana qarşı cinayət işinin başlanmasını təsdiqləyib.
Bizim.Media Ermənistan KİV-nə istinadla xəbər verir ki, bu barədə vəkil Aram Orbelyan MSK binasının qarşısında jurnalistlərlə söhbətində bildirib.
“Komissiya cinayət təqibinə icazə verdi”, - Orbelyan deyib.
Xatırladaq ki, Ermənistan Baş Prokurorluğu MSK-ya Ermənistanın ikinci prezidenti və "Ermənistan" blokunun lideri Robert Köçəryana, eləcə də parlamentə namizədlər Asatur Köçəryana və Ruslan Barseqyana qarşı cinayət işinin başlanmasına icazə verilməsi üçün ərizə təqdim edib. Ruslan Barseqyan "Ermənistan" blokunun seçki siyahısında 62-ci, Asatur Köçəryan isə 154-cü yerdədir.
Bizim.Media

- A-
- A
- A+
Region
19:00 / 17.06.2026
Robert Koçaryana qarşı cinayət işi başlanacaq
Hazırda oxunan: Robert Koçaryana qarşı cinayət işi başlanacaq
Hazırda oxunan: Robert Koçaryana qarşı cinayət işi başlanacaq
619885
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































