Akopyan Ermənistanı birinci xanım qismində təmsil edəcək

Akopyan Ermənistanı birinci xanım qismində təmsil edəcək

Hazırda oxunan: Akopyan Ermənistanı birinci xanım qismində təmsil edəcək

619526

Ermənistan Baş naziri Nikol Paşinyan Anna Akopyanın ABŞ-a xidməti ezamiyyətə göndərilməsi barədə qərar imzalayıb.

Bizim.Media xəbər verir ki, "News.am" saytının yaydığı məlumata görə, o, Nyu-Yorkda keçiriləcək Qlobal Birinci Xanımlar Akademiyasının (Global First Ladies Academy) 4-cü ənənəvi illik tədbirində Ermənistanı təmsil edəcək.

Nikol Paşinyanın iyunun 11-də imzaladığı rəsmi sənəddə Anna Akopyanın ABŞ-a məhz "hökumət başçısının xanımı" (birinci xanım) statusunda ezam olunduğu göstərilib. Səfərlə bağlı bütün otel, sutkalıq və nəqliyyat xərcləri Ermənistanın dövlət büdcəsi hesabına qarşılanacaq.

A.Akopyanın cari ilin 26 iyun – 4 iyul tarixlərində baş tutacaq beynəlxalq forumda iştirakı, həmçinin geri qayıdarkən Vyanada tranzit dayanacağı planlaşdırılır.
 

Ermənistan mətbuatı xatırladır ki, cari ilin fevral ayında Anna Akopyan sosial şəbəkə hesabında Paşinyanla 30 illik vətəndaş nikahlarının başa çatdığını, hökumət iqamətgahını tərk edərək kirayə mənzilə köçdüyünü bəyan etmişdi. Aprel ayında isə Paşinyan jurnalistlərə açıqlamasında ailəni qorumaq üçün hələ də səy göstərdiyini və yenidən bir şans qazandığı üçün şad olduğunu bildirmişdi.


Cütlüyün ayrılma barədə səs-küylü bəyanatlarına baxmayaraq, Anna Akopyanın beynəlxalq arenada hələ də Ermənistanın "birinci xanımı" statusunda çıxış etməsi və bu səfərin dövlət tərəfindən maliyyələşdirilməsi ölkə ictimaiyyətində ciddi müzakirə və narazılıqlara səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO