
- A-
- A
- A+
Şəkidə minik avtomobili dərəyə aşdı: 1 ölü, 3 yaralı var - Foto
Gecə saatlarında Şəkinin İnçə kəndi ərazisində nəqliyyat vasitəsi sərt döngədə idarəetməni itirərək dərəyə aşıb.
Bizim.Media xəbər verir ki, Şəki-Qax avtomobil yolunun Şəkinin İnçə kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan “Lada Priora” markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində avtomobildə olan Laçın rayon sakini 24 yaşlı Səbuhi Ağazadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Avtomobildə olan daha üç nəfər - Şamaxı rayon sakini 24 yaşlı Əzəlxan Vəliyev, Goranboy rayon sakini 25 yaşlı Ruhin Əliyev və Mingəçevir şəhər sakini 40 yaşlı Surxan Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. Müalicələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































