Ermənistanda gərgin keçən parlament seçkilərindən sonra qalib gələn Baş nazir Nikol Paşinyanın növbəti addımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, hökumət başçısı seçki marafonunun başa çatdığı ilk səhəri əfsanəvi "Queen" qrupunun dünyaca məşhur "We Are the Champions" (Biz qalibik) hit mahnısı ilə qarşılayıb.
Səslərin ilkin nəticələrinə görə 50%-dən çox səs toplayaraq parlamentdə mütləq çoxluğu qoruyan və rusiyayönümlü müxalifət bloklarını geridə qoyan Paşinyan, bu addımı ilə öz siyasi qələbəsini rəsmən nümayiş etdirmiş olub.
Onun mahnı sədaları altında çəkilmiş görüntüləri və ya bu addımı tərəfdarları tərəfindən böyük coşqu ilə qarşılanıb.
Xatırladaq ki, seçki bitdikdən dərhal sonra paytaxt İrəvanda müxtəlif siyasi cəbhələr arasında kütləvi qarşıdurmalar və davanın qeydə alınmasına, həmçinin Fransa Prezidenti Makronun "seçkilərə Rusiyanın genişmiqyaslı müdaxiləsi olub" bəyanatına baxmayaraq, Paşinyan bu jestlə ölkədə vəziyyətə tam nəzarət etdiyinin siqnalını verir.
Bizim.Media






































































































