İran parlamenti Hörmüz boğazı ilə bağlı qanun qəbul edəcək?

İran parlamenti Hörmüz boğazı ilə bağlı qanun qəbul edəcək?

Hazırda oxunan: İran parlamenti Hörmüz boğazı ilə bağlı qanun qəbul edəcək?

616382

İranlı parlamentari bəyan edib ki, qanunverici orqan yaxın vaxtlarda ölkənin Hörmüz boğazı üzərində idarəçiliyini və suverenliyini təsbit edən qanun layihəsinə baxacaq və böyük ehtimalla onu təsdiqləyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

İran parlamentinin rəyasət heyətinin üzvü Əlireza Səlimi müvafiq qanun layihəsinin "tezliklə" səsverməyə çıxarılacağını və təsdiqlənəcəyini bildirib. Onun sözlərinə görə, təşəbbüsün bütün detalları parlament tərəfindən tam işlənib hazırlanacaq və rəsmiləşdiriləcək.
 

Səlimi vurğulayıb ki, Hörmüz boğazı İran və Omanın müştərək ərazi suları zonasında yerləşir, lakin bu, digər dövlətlərə onun statusu ilə bağlı qərar qəbul etmək hüququ vermir. "ABŞ Prezidenti Donald Tramp və başqaları Hörmüz boğazının açıq olmalı olduğunu deyəndə, bu bizə aid olan məsələdir və biz onlara belə qərarlar qəbul etməyə imkan verməyəcəyik", — deyə o bəyan edib.


Deputat həmçinin qeyd edib ki, boğazın idarə edilməsinə yanaşma müvəqqəti deyil, "daimi və qəti" xarakter daşıyır. Qeyd edək ki, bundan əvvəl İranın münaqişənin kəskinləşməsi fonunda ABŞ, İsrail və onların müttəfiqləri üçün Hörmüz boğazına girişi məhdudlaşdırdığı barədə məlumat yayılmışdı. İran tərəfi bunu atəşkəs şərtlərinin pozulması ilə əlaqələndirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO