Görünməmiş toy izdihamı - Siyasətçinin qızının toyuna 400 min insan toplaşdı – Video

Görünməmiş toy izdihamı - Siyasətçinin qızının toyuna 400 min insan toplaşdı – Video

Hazırda oxunan: Görünməmiş toy izdihamı - Siyasətçinin qızının toyuna 400 min insan toplaşdı – Video
650111
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hindistanın Bihar ştatında siyasətçi Anant Singhın qızının toyu möhtəşəm miqyası ilə gündəmə gəlib. Təxminən 400 min nəfərin iştirak etdiyi mərasim üçün 500 aşpaz cəlb olunub, yeməklərin hazırlanmasında təxminən 1 ton ət istifadə olunub, 500 min ənənəvi şirniyyat hazırlanıb, VIP qonaqların gəlişi üçün isə beş müvəqqəti helikopter meydançası inşa edilib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Anant Singhın qızı Şivanqi Singh ilə Rişikeş Kumarın nikahı münasibətilə təşkil olunan toy təxminən 2,5 hektar ərazini əhatə edib və mərasimdə qonaqlar üçün geniş ziyafət süfrəsi açılıb.

Gəlin mərasimə BMW markalı lüks avtomobillə gəlib. Bəyin toy karvanı isə 151 avtomobildən ibarət olub. Ona “Land Rover Defender” markalı avtomobil və qızıl zinət əşyalarının hədiyyə edildiyi bildirilir.
 

Toy çərçivəsində təxminən 200 atın iştirakı ilə yarış da planlaşdırılıb. Lakin yarışı izləmək üçün əraziyə 100 minə yaxın insanın toplaşması ciddi izdihama səbəb olub. Bəzi şəxslər yarışı görmək üçün ağaclara və elektrik dirəklərinə dırmaşıblar. Təhlükəsizlik səbəbindən at yarışı ləğv edilib.


İzdiham nəqliyyatın hərəkətini də iflic edib. Yollarda kilometrlərlə avtomobil növbəsi yaranıb. Yerli mətbuatın məlumatına görə, tıxacda qalan siyasətçilərdən biri avtomobilini tərk edərək tarlalardan traktorla toy məkanına gedib. Yeməklərin paylanması zamanı da sıxlıq yaşanıb. Bəzi qonaqlar boşqab tapa bilmədikləri üçün yeməkləri stəkan və karton qutulara yığmalı olublar.

Qeyd edək ki, toyun təşkilatçısı Anant Singhın adı bir sıra cinayət işlərində hallanır. Demokratik İslahatlar Assosiasiyasının (ADR) məlumatına görə, siyasətçi barəsində qətl, qətlə cəhd, adam oğurluğu və hədə-qorxu ilə pul tələb etmə kimi ittihamların yer aldığı 28 cinayət işi var. Singh ittihamları rədd edir.

Onun adı ötən ilin oktyabrında Dularchand Yadavın qətli ilə bağlı işdə də hallanıb. Məlumata görə, Hindistan Ali Məhkəməsi Singhın dekabrın 1-dək təslim olması barədə qərar verib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO