Qalibaf və Əraqçi Qətərdə səfərdədir – Masada İKİ ƏSAS məsələ var

Qalibaf və Əraqçi Qətərdə səfərdədir – Masada İKİ ƏSAS məsələ var

Hazırda oxunan: Qalibaf və Əraqçi Qətərdə səfərdədir – Masada İKİ ƏSAS məsələ var

615346

İran rəsmiləri ABŞ ilə mümkün razılaşmanı müzakirə etmək üçün Qətərə yola düşüblər
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf, xarici işlər naziri Abbas Əraqçi və Mərkəzi Bankın rəhbəri Əbdülnaser Hemməti Qətərə səfər ediblər.

Bizim.Media xəbə verir ki, bu barədə “FarsNews” məlumat yayıb.
 

Nəşrin məlumatına görə, Qalibaf və Əraqçi Dohada Qətərin baş naziri ilə görüşərək İran və ABŞ arasında mümkün razılaşma perspektivlərini müzakirə edəcəklər.


Danışıqlarda iştirak edən mənbənin bildirdiyinə görə, Tehran Qətərdə saxlanılan təxminən 12 milyard dollar dəyərində dondurulmuş İran aktivlərinin dərhal azad edilməsini istəyir.

İran Mərkəzi Bankının rəhbərinin səfərinin isə maliyyə mexanizmlərinin koordinasiyası və birgə iqtisadi komissiyanın fəaliyyəti çərçivəsində həyata keçirildiyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO