Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının Sədri Si Cinpini gələn il Rusiyaya səfərə dəvət edib.
Bizim.Media xəbər verir ki, Putin bunu mayın 20-də Si Cinpinlə görüşü zamanı bildirib.
Rusiya lideri Moskva ilə Pekin arasında sıx əməkdaşlığın beynəlxalq arenada gərginliyin artdığı şəraitdə xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Putin, həmçinin noyabr ayında Çinin Şençjen şəhərində keçiriləcək Asia-Pacific Economic Cooperation sammitində iştirak etməyə hazır olduğunu təsdiqləyib.
Bizim.Media






































































































