
- A-
- A
- A+
Rusiyada “uşaq şampanı”nın satışı qadağan ediləcək
Rusiya Dövlət Dumasında yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərə bənzər formada hazırlanmış spirtsiz içkilərin — uşaq şampanı, “alkoqolsuz” şərab və pivənin satışının qadağan edilməsi təşəbbüsü müzakirə olunur.
Bizim.Media xəbər verir ki, Dövlət Dumasının sədri Vyaçeslav Volodinin sözlərinə görə, yeniyetmələr bu cür içkilərdən mütəmadi istifadə edir və bu, onlarda alkoqollu içkilərə maraq və həmin içkilərlə bağlı davranış vərdişlərinin formalaşmasına səbəb olur.
Deputatlar bildirirlər ki, bu cür içkilər təkcə psixoloji baxımdan deyil, həm də fizioloji baxımdan zərərlidir: onların tərkibində çoxlu şəkər, konservant və turşu olur, yüksək dozada qazın olması isə həzm problemlərinə yol aça bilər.
Qanunvericilərin fikrincə, yeniyetmələr tədricən bu içkilərin tamına və alkoqollu içkilərin simvolikasına alışır ki, bu da gələcəkdə real spirtli içkilərdən istifadəyə zəmin yarada bilər.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































