İranda həbs olunan vətəndaşlarımız Azərbaycana qaytarılır? – RƏSMİ CAVAB 

Hazırda oxunan: İranda həbs olunan vətəndaşlarımız Azərbaycana qaytarılır? – RƏSMİ CAVAB 

55209

Yanvarınn 12-də Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ilə bu ölkənin ədliyyə naziri Əmin Hüseyn Rəhimi arasında görüş keçirilib.

Görüş zamanı iki ölkənin ədliyyə orqanları arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi, eyni zamanda məhkumların verilməsi məsələsinin müzakirə olunduğu bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

İranda yeni ETİRAZLAR - 130 nəfər tutuldu


Bu isə, Azərbacanda İran, İranda isə Azərbaycan vətəndaşlarının həbsdə olması ilə bağlı müəyyən suallar yaradıb. Sualımıza cavab almaq üçün Ədliyyə nazirliyi ilə əlaqə saxladıq.

Nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəsmisi Rasim Həsənov Bizim.Media-ya verdiyi açıqlamasında Azərbaycanla İran arasında məhkumların verilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Belə ki, Nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsindən müsahibimizə verilən informasiyaya görə, bununla bağlı yaxın vaxtlarda əlavə məlumat veriləcək.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO