Saakaşvilini yenə məhkəməyə gətirdilər - Tərəfdarları əraziyə toplaşdı

Saakaşvilini yenə məhkəməyə gətirdilər - Tərəfdarları əraziyə toplaşdı

Hazırda oxunan: Saakaşvilini yenə məhkəməyə gətirdilər - Tərəfdarları əraziyə toplaşdı
0:00
0:00
48675
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili dövlət əmlakının oğurlanması prosesində iştirak etmək üçün Qori şəhərindəki xəstəxanadan Tbilisi Şəhər Məhkəməsinə gətirilib.

Bizim.Media İnterpressnews nəşrinə istinadən xəbər verir ki, eks-prezident məhkəmədə çıxış etməyi planlaşdırır. Bu faktı onun vəkilləri təsdiq edib.

KİV-in məlumatına görə, artıq Saakaşvilinin tərəfdarları və müxalifət partiyalarının üzvləri şəhər məhkəməsi qarşısına toplaşmağa başlayıblar. Polis hadisə yerinə səfərbər olunub.

Öz növbəsində müxalif Vahid Milli Hərəkat Partiyası prosesin yayımlanması üçün məhkəmə binasının qarşısında monitorlar quraşdırmağı planlaşdırdığını açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO