Ərdoğan 10 ölkənin səfirinə kəskin etirazını bildirdi: “Kimsiniz siz?”

Ərdoğan 10 ölkənin səfirinə kəskin etirazını bildirdi: “Kimsiniz siz?”

Hazırda oxunan: Ərdoğan 10 ölkənin səfirinə kəskin etirazını bildirdi: “Kimsiniz siz?”
42647
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hüquq müdafiəçisi Osman Kvalanın buraxılmasına cağırış edən on dövlətin səfirlərinə kəskin etirazını bildirib.

Bizim.Media bu barədə “Haber Türk” telekanalına istinadla xəbər verir.

Afrika səfərindən qayıdarkən jurnalistlərin sualını cavalandıran Rəcəb Tayyib Ərdoğan deyib:
 

“Türkiyəni burada ittiham etmək istəyirlər. On səfir bu açıqlamanı niyə edib? Bu Soros qalığını müdafiə edənlər onu neçə buraxdırmaq üçün çalışırlar.


Xarici işlər nazirimizə dedim ki, onlara ölkəmizdə ev sahibliyi etmək zənginliyimiz ola bilməz. Türkiyəyə belə bir dərs keçmək sizin işinizdirmi? Kimsiniz siz? Bu nədir? Kavalanı buraxın. Sən öz ölkəndəki quldurları, qatilləri, terrorçuları buraxarsanmı? Amerika, Almaniya, hansı biri indiyədək belə bir şey edib? Etməyiblər və etməzlər.

Danışanda verəcəkləri cavab budur: “məhkəmə müstəqildir”. Sizdə məhkəmə müstəqil, bizdəki məhkəmə asılıdırmı? Bizim məhkəmə müstəqilliyin ən gözəl örnəklərini verir”.

Bir müddət öncə sosial şəbəkə hesablarında Osman Kvalanın azad olunmasına çağırış edən Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç, İsveç və ABŞ səfirləri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb, onlara diplomatik münasibətlər haqqında Vyana konvensiyasına əməl etməyin vacibliyi xatırladılıb.

Xatırladaq ki, Osman Kvala 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişi cəhdində iştirak etmək ittihamı ilə həbs olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO