Marneuli meri vəzifəsinə azərbaycanlının namizədliyini irəli sürüldü

Marneuli meri vəzifəsinə azərbaycanlının namizədliyini irəli sürüldü

Hazırda oxunan: Marneuli meri vəzifəsinə azərbaycanlının namizədliyini irəli sürüldü
30575
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstanda yerli sakrebulo (bələdiyyə) və mer seçkilərinə hazırlıq davam edir. Artıq “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası bütün 64 seçki dairəsi üzrə mer vəzifəsinə namizədlərinin adlarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, namizədlər arasında azərbaycanlı da var.

Hakim partiya azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsi üzrə Marneuli şəhərinin meri vəzifəsinə Kənan Ömərovun namizədliyini irəli sürüb.

Azərbaycanlıların yığcam yaşadıqları Qardabani, Bolnisi, Dmanisi və digər iki rayondan isə azərbaycanlı namizəd yoxdur.

Qeyd edək ki, seçki kampaniyasına avqustun 3-dən başlanılacaq.

Gürcüstanın Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq Gürcüstan prezidenti seçkilərə 60 gün qalmış baş nazirin təqdimatına əsasən seçki kampaniyasının başlanldığını elan etməlidir.

Gürcüstanda mer və sakrebul məclisinə seçkilər isə oktyabrın 2-nə təyin edilib.

Tbilisi mer kürsüsü uğrunda hazırkı mer Kaxa Kaladze və müxalifətin namizədi “Vahid Milli Hərəkat” partiyasının sədri Nika Meliyanın mübarizə aparacağı bildirilir.

Nika Meliya artıq Gürcüstan parlamentinin deputatı mandatından imtina edib və seçki kampaniyasına hazırlaşır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO