
- A-
- A
- A+
Ermənistan XİN-ə bu şəxs rəhbərlik edəcək - FOTO
Ermənistanda xarici işlər nazirinin səlahiyyətləri nazirin birinci müavini Armen Qriqoryana keçib.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Armenia” ölkə hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Bugünlərdə Armen Qriqoryan Baş nazirin vəzifəsini icra edən Nikol Paşinyan tərəfindən Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilərək, XİN rəhbərinin birinci müavini təyin edilib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan XİN başsız qaldı: bütün müavinlər istefa verdi
Diplomatik xidmət haqqında qanununa görə, bundan sonra Ermənistanın xarici işlər naziri vəzifəsini məhz Qriqoryan yerinə yetirəcək.
Qeyd edək ki, mayın 27-də Ara Ayvazyanın istefasından sonra ölkənin baş diplomatının səlahiyyətlərini XİN başçısının müavini Armen Gevondyan icra edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































