Sabiq nazir Paşinyanı HƏDƏF ALDI - Diaspor Nikolla görüşdən İMTİNA EDƏCƏK?

Sabiq nazir Paşinyanı HƏDƏF ALDI - Diaspor Nikolla görüşdən İMTİNA EDƏCƏK?

Hazırda oxunan: Sabiq nazir Paşinyanı HƏDƏF ALDI - Diaspor Nikolla görüşdən İMTİNA EDƏCƏK?
232982
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan ABŞ ermənilərini baş nazir Nikol Paşinyanla fevralın 3-də Ermənistanın Vaşinqtondakı səfirliyində keçirilməsi planlaşdırılan görüşü boykot etməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə yazıb.

Onun sözlərinə görə, bu görüş Ermənistan baş nazirinin sarsılmış nüfuzunu xilas etmək cəhdidir, lakin erməni icması buna yol verməməlidir.

Oskanyanın fikrincə, Paşinyan “uğursuz lider”dir və onun təqsiri ucbatından Ermənistan çox böyük itkilər verib:
 

"Ölkəmiz hazırda müasir tarixin ən çətin dövrlərindən birini yaşayır. Amma əgər Amerika erməniləri görüşdə iştirak etmək qərarına gəlsələr,  susmasınlar, onun uğursuzluqlarını cəsarətlə dilə gətirsinlər".


Xatırladaq ki, Ermənistan hökumətinin başçısı ABŞ-a səfərə gedib. Onun Donald Tramp və ya prezident administrasiyasından hər hansı bir şəxslə görüşü nəzərdə tutulmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO