Alen Simonyan: "Mənim üçün “Dağlıq Qarabağın prezidenti” termini mövcud deyil"

Alen Simonyan: "Mənim üçün “Dağlıq Qarabağın prezidenti” termini mövcud deyil"

Hazırda oxunan: Alen Simonyan: "Mənim üçün “Dağlıq Qarabağın prezidenti” termini mövcud deyil"
210631
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyasının buraxılması zəruridir, çünki qarşı tərəf artıq mövcud deyil.

Bizim.Media xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan bu fikri iclas zamanı “Hayastan” fraksiyasının katibi Artsvik Minasyanın "3 illik fasilədən sonra bu komissiyanın iclasını çağırmaq niyyətiniz varmı?" sualına cavab verərkən səsləndirib.

Spiker xüsusi vurğulayıb ki, onun üçün artıq "Dağlıq Qarabağın" rəsmiləri anlayışı yoxdur, “Dağlıq Qarabağın prezidenti” termini mövcud deyil: "Sözügedən formatın ləğvi məsələsi ciddi müzakirə olunmalıdır".

Simonyanın sözlərinə görə, 2021-ci ildə bir iclas keçirilib, bir müddət sonra ikinci iclasın keçirilməsi planlaşdırılırdı, lakin "Qarabağ parlamenti"nin o vaxtkı sədri səhhətində yaranan problemə görə iclasın ləğv edilməsini xahiş edib:

"Niyə bu məsələni indi müzakirə edək? "Dağlıq Qarabağ" öz liderinin fərmanı ilə özünü ləğv edib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO