İran qonşu ölkələrlə sərhəd çəkilişinə başlayır

İran qonşu ölkələrlə sərhəd çəkilişinə başlayır

Hazırda oxunan: İran qonşu ölkələrlə sərhəd çəkilişinə başlayır
206764
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran tezliklə qonşu ölkələrlə sərhəd çəkilişinə başlayır.

Bizim.Media İSNA-ya istiandən xəbər verir ki, bu fikirləri İran Sərhəd  Qoşunlarının komandiri, general Əhməd Əli Qudərzi ölkə sərhədlərinə sərhədlərin çəkilməsi layihəsinin son vəziyyəti barədə danışarkən səsləndirib.

“Biz son iki ildə qonşu dövlətlərlə sərhəd çəkilməsi üçün dövlət büdcəsindən 3 milyard avronun ayrılmasını təklif etmişik və bu məbləğ Daxili İşlər Nazirliyində təsdiqlənib. Ali Milli Təhlükəsizlik Şurası da məsələnin icrasını İran Silahlı Qüvvələrinin Baş Qərargahına həvalə edib”, deyə o, qeyd edib.

Yeri gəlmişkən, İranın Azərbaycan, Türkmənistan, Əfqanıstan, Pakistan, Türkiyə, Ermənistan və İraqla quru dövlət sərhədi var.

Əhməd Əli Qudərzi isə açıqlamasında hansı qonşu ölkə arasında sərhədin çəkiləcəyini deməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO