“Yeltsin Krımı Rusiyaya birləşdirmək istəməyib” - Baş nazirin sabiq müavinindən ŞOK AÇIQLAMA

Hazırda oxunan: “Yeltsin Krımı Rusiyaya birləşdirmək istəməyib” - Baş nazirin sabiq müavinindən ŞOK AÇIQLAMA

20194

Baş nazirin sabiq müavini və ilk Rusiya prezidentinin tərəfdaşı Mixail Poltoranin Yeltsinin Krımı ilhaq etməməsinin səbəbini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

Siyasətçiyə görə, Moskva Kiyevlə bir müqavilə bağlamağı planlaşdırırdı, nəticədə Rusiya yarımadanı almalı və əvəzində Ukrayna on il ərzində pulsuz qazla təmin edilməli idi:

“Eyni zamanda bölgə hər iki ölkə üçün açıq bir muxtariyyət halına gələcəkdi”.

"Bu, yaxşı bir anlaşma idi. Yeltsin istəmədi. Dedi ki, Krım, Sevastopol bizim nəyimizə lazımdır. Sankt-Peterburqda boş limanlarımız var, donanmanı ora köçürərik”. Poltoranin Dmitri Qordon ilə müsahibəsində belə deyib.

Daha əvvəl Yeltsin administrasiyasının keçmiş başçısı Sergey Filatov bildirib ki, Donetsk, Luqansk və Krım nümayəndələri Belovejsk müqaviləsinin imzalanması ərəfəsində həmin ərazilərin Rusiyanın tərkibində saxlanılmasını xahiş ediblər.

Siyasətçiyə görə, o dövrdə Moskva bu bölgələrin istəklərinə qulaq asmayıb, çünki Yeltsin rəhbərliyinin Ukrayna ilə danışıqlar aparmaq üçün "vaxtı olmayıb" və səlahiyyətlilər ümumiyyətlə Rusiyanın necə “sağ qalacağı" barədə düşünüblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO