Putin UNO-ların köməyi ilə təqib edir - Senatorun SÜBUTU

Putin UNO-ların köməyi ilə təqib edir - Senatorun SÜBUTU

Hazırda oxunan: Putin UNO-ların köməyi ilə təqib edir - Senatorun SÜBUTU

19805

Rusiya Prezidenti Vladimir Putin UNO-ların köməyi ilə ABŞ hərbi gəmilərini təqib edir.

Bizim.Media xəbər verir ki, bunu "Deyli Star"a (Daily Star) keçmiş amerikalı senator Harri Reyd deyib.

"Söhbət ABŞ hərbi gəmilərinin müəyyən bir piramida şəklində bir obyekt tərəfindən təqib edilməsindən gedir. UNO-nun Rusiya liderinin əmri ilə hərəkət etdiyinə inanıram və buna şübhə etməyin mənası yoxdur. Putinin DTK-dakı xidməti bunun sübutu sayıla bilər", - H.Reyd söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ruslar Putinə etibar edirmi? – SORĞUNUN NƏTİCƏLƏRİ


Qeyd edək ki, piramida şəklində uçan obyekt 2019-cu ilin iyul ayında San Dieqo sahillərində "USS Russel" gəmisi tərəfindən qeydə alınıb. Naməlum obyektin gəmidən təxminən 210 metr yüksəklikdə olduğu bildirilib.

Bir versiyaya görə, bunlar meteoroloji zondlar və ya casus pilotsuz uçuş aparatları ola bilər, lakin obyektlərin hələ də dəqiq nə olduğu məlum deyil. Video Pentaqon tərəfindən təsdiqlənib.

2020-ci ilin avqust ayında ABŞ Dövlət Departamenti UNO-ları öyrənmək üçün işçi qrupu yaradıldığını təsdiqləyib.(axar.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO