Paşinyan mayın 8-də Moskvada Putinlə görüşəcək

Paşinyan mayın 8-də Moskvada Putinlə görüşəcək

Hazırda oxunan: Paşinyan mayın 8-də Moskvada Putinlə görüşəcək

190739

Rusiya Prezidenti Vladimir Putinin mayın 8-də Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü planlaşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib.

“İnauqurasiyanın ertəsi günü prezident ilk böyük beynəlxalq tədbiri, yəni Avrasiya İqtisadi Şurasının yubiley iclasını keçirəcək. Daha sonra Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçiriləcək”, - deyə Uşakov qeyd edib.

Kreml rəsmisi görüşün məhsuldar olacağını qeyd edib.

Qeyd edək ki, Paşinyan Avrasiya İqtisadi Şurasının həmin gün Moskvada keçiriləcək yubiley sammitinə rəhbərlik edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO