Üsyançı hərbçilər Somali paytaxtına girdilər – Moqadişoda döyüşlər gedir

Hazırda oxunan: Üsyançı hərbçilər Somali paytaxtına girdilər – Moqadişoda döyüşlər gedir

19045

Somali Silahlı Qüvvələrinin üsyançı hissələri bazar günü ölkənin paytaxtı Moqadişonun şimal rayonlarına daxil olub. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, müxalif qüvvələrə bağlı qoşunlar hazırda Karan, Yakşid və Heliva rayonlarındadır. 
 

MÖVZU İLƏ BAĞLI:

Somalidə türklərə qarşı terror aktı törədildi


Yaxın saatlarda üsyançıların şəhərin dərinliklərinə, prezident sarayına doğru hərəkətə başlayacaqları istisna edilmir. 

Bununla yanaşı, Faqax qovşağı ərazisində üsyançılara qarşı ciddi müqavimətin göstərildiyi deyilir. 

Eyni zamanda prezidentin istefasını tələb edən nümayişçilər də paytaxt küçələrinə çıxıblar. Onlar şəhərin şimal rayonlarında küçələri bağlayır və maşın təkərləri yandırırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO