Somalidə türklərə qarşı terror aktı törədildi

Somalidə türklərə qarşı terror aktı törədildi

Hazırda oxunan: Somalidə türklərə qarşı terror aktı törədildi

7196

Somalidə Türkiyəyə məxsus şirkətin işçilərinə qarşı terror hücumu olub.

Bizim.Media “Anadolu” agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində biri Türkiyə vətəndaşı olmaqla 4 nəfər ölüb, daha 4 türk isə yaralanıb.

Türkiyənin Xarici İşlər Nazirliyi Somalinin Moqadiş-Afqoye avtomobil yolunun tikintisi ilə məşğul olan türk şirkətində çalışanları hədəf alan  hücumu şiddətlə qınayıb.

“Hadisə nəticəsində yaralanan 4 vətəndaşımızın sağlamlıq vəziyyətini yaxından izləyirik. Dost və qardaş Somali hökuməti və xalqının yanında olduğumuzu bir daha vurğulayırıq”,-deyə nazirliyin məluymatında qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO