Peskov: “ABŞ Rusiya əmlakının müsadirə edilməsi qərarına görə cavab verəcək”

Hazırda oxunan: Peskov: “ABŞ Rusiya əmlakının müsadirə edilməsi qərarına görə cavab verəcək”

188167

Xəbər verdiyimiz kimi bu gün ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya Federasiyasının dondurulmuş aktivlərinin müsadirə edilməsi haqqında qanun layihəsini Ukraynanın xeyrinə qəbul edib.

Bizim.Media xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a qərarla bağlı açıqlama verib.

“Ukraynaya yardım göstərmək qərarı gözlənilən idi və bu, Amerika Birləşmiş Ştatlarını daha da zənginləşdirəcək və Ukraynanı daha da viran qoyacaq, Kiyev rejiminin günahı üzündən daha çox ukraynalının ölümünə səbəb olacaq.

Rusiya aktivlərinin müsadirəsi ABŞ-nin imicinə xələl gətirəcək və bu ölkədəki investorları qorxutacaq. ABŞ Rusiya əmlakının müsadirə edilməsi qərarına görə cavab verəcək, Moskva bununla bağlı cavab tədbirləri görəcək”, - deyə Peskov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO