“Ermənistanın “İskəndər”dən istifadəsi qadağa edilməlidir - Korotçenko

“Ermənistanın “İskəndər”dən istifadəsi qadağa edilməlidir - Korotçenko

Hazırda oxunan: “Ermənistanın “İskəndər”dən istifadəsi qadağa edilməlidir - Korotçenko
12873
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Rusiya “İskəndər”və digər raket komplekslərinin Ermənistana çatdırılması məsələsinə qadağa qoyulmasını bir daha nəzərdən keçirməlidir. Bu ölkə - KTMT-də müttəfiq olmasına baxmayaraq - bu silah növünün istifadəsində Səddam Hüseyn kimi tamamilə şüursuz davranırdı”.

Bizim.Media xəbər verir ki, bu sözləri Rusiyalı hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko özünün "Telegram" kanalında yazıb.

 

MÖVZU İLƏ BAĞLI:

Korotçenko: "SSRİ-ni erməni separatçılğı dağıtdı - Bunu unutmalı deyilik"


O, Ermənistanın baş naziri “İskəndər” raket kompleksinin yararlı olmadığı haqda dediyi fikirlərə də aydınlıq gətirib.

“Bəlkə bu Ermənistan ordusunun səriştəsizliyindən irəli gəlir? Bundan əlavə, Ermənistanın Azərbaycanın mülki hədəflərini raket zərbələrinə tutması özü hərbi cinayətdir.

Sonda Korotçenko bu raket kompleksinin Ermənistanda olan Rus hərbi hissəsində qalmasını, lakin ermənilərin bundan istifadə etməsinə qadağa qoyulmalı olduğunu da qeyd edib.

“İskəndər raket kompleksi gələcəkdə də bu ölkənin hərbi təhlükəsizliyinin qarantı olaraq Ermənistandakı Rusiya hərbi bazasında olmalıdır.

Lakin Ermənistan ordusu nə siyasi, nə də peşəkarlıq cəhətdən bu kompleksdən istifadə etməyə hazır deyil”.

Vüsalə Balayeva, Bizim.Media

“Ermənistanın “İskəndər”dən istifadəsi qadağa edilməlidir - Korotçenko - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO