Rusiyada 48 azərbaycanlı saxlanıldı – Kriminal avtoritetlərin “sxodkası”

Rusiyada 48 azərbaycanlı saxlanıldı – Kriminal avtoritetlərin “sxodkası”

Hazırda oxunan: Rusiyada 48 azərbaycanlı saxlanıldı – Kriminal avtoritetlərin “sxodkası”

118953

Moskva yaxınlığındakı Mıtişidə xüsusi əməliyyat nəticəsində 50-yə yaxın adam saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Baza” Telegram kanalı yayıb.

Mənbə yazır ki, fevralın 6-da günorta saatlarında 1-ci Proletarskaya küçəsində yerləşən “Qranada” restoranında əsasənAzərbaycandan olan kriminal avtoritetlər müəyyən məsələləri müzakirə etmək üçün “sxodka”ya toplaşıblar. 
Saat 16.00-a yaxın Rusiya Qvardiyasının və polisin maşınları restorana tərəf gəlməyə başlayıb. Ərazi mühasirəyə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, restorana gələnlərin bəziləri qaçmağa çalışsalar da, saxlanılıblar. Ümumilikdə 48 azərbaycanlı, iki Dağıstan vətəndaşı, bir Ermənistan və bir Tacikistan nümayəndəsi saxlanılıb. 

Onların telefonları, həmçinin beş travmatik tapança və hətta bir “Sayqa” karabini müsadirə edilib. Həbslərdə ümumilikdə yüzə yaxın təhlükəsizlik işçisi iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO