Paşinyan: “Ərdoğanla rahat ünsiyyət qura bilirəm”

Hazırda oxunan: Paşinyan: “Ərdoğanla rahat ünsiyyət qura bilirəm”

102431

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla təmasları vacib adlandırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə o, parlamentdə 2023-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı danışıb.

Paşinyan xatırladıb ki, bu il Ərdoğanla telefon danışığı aparıb, daha sonra Praqada görüşüb.

“Siz soruşursunuz görüş olub, sonda  nəsə dəyişib? Hesab edirəm ki, çox mühüm dəyişiklik var. Ancaq hansısa əhəmiyyətli və praktiki nəticə əldə edilməyib. Vəziyyəti təhlil edərkən başa düşdüm ki, bu ilin avqust-oktyabr aylarında Türkiyə tərəfi ilə (Ərdoğanı nəzərdə tutur) ünsiyyətlə bağlı çətinliklərin öhdəsindən gələ bilmişik”. 

Paşinyan əmin edib ki, bu sual həmişə olub: görüşmək, ya yox, danışmaq, ya yox?

“İndi bu dilemma yoxdur və nəinki hakimiyyət səviyyəsində, hətta cəmiyyət səviyyəsində də”, - deyə Paşinyan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO