
- A-
- A
- A+
Region
18:45 / 05.05.2026
1 dəq oxunma
Avropa İttifaqı Ermənistana 30 milyon avro yardım ayırdı
Hazırda oxunan: Avropa İttifaqı Ermənistana 30 milyon avro yardım ayırdı
611358
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Avropa İttifaqı (Aİ) Ermənistan Silahlı Qüvvələrinə 30 milyon avro dəyərində yardım ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyanla Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının rəhbəri Antoniu Koşta arasındakı görüşün yekunlarına dair bəyanatda deyilib.
“Ermənistan Silahlı Qüvvələri Avropa Sülh Fondu çərçivəsində ümumi dəyəri 30 milyon avro olan Aİ yardımının ilk partiyasını alıb”, — deyə press-relizdə qeyd edilib.
Bundan əlavə, Paşinyan, fon der Lyayen və Koşta Ermənistanda Aİ tərəfdaşlıq missiyasının yaradılmasını alqışlayıblar.
Qeyd olunur ki, İrəvanın xahişi ilə Brüssel ölkənin davamlılığının artırılmasında yardım göstərməyi öhdəsinə götürüb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən
































































































