Qusarda güclü SEL - Fermerlərin əkin sahələri məhv olub – FOTO/VİDEO

Qusarda güclü SEL - Fermerlərin əkin sahələri məhv olub – FOTO/VİDEO

Hazırda oxunan: Qusarda güclü SEL - Fermerlərin əkin sahələri məhv olub – FOTO/VİDEO
610707
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu il mart ayının sonu və aprelin əvvəli Qusarda müşahdə edilən güclü yağışlar rayonda təkcə magistral və kənd yollarında problem yaratmayıb. Güclü sel rayonun kəndlərində sakinlərin əkin, tərəvəz sahələrini də yuyub aparıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qusarın Aşağı Ləyər kəndində 6 fermerin təsərrüfat sahələrini sel dağıdıb. Kənd sakini Dair Tahirovun məlumatına görə kəndin ərazisində 7 hektar əkin, 5 hektar bağ, 50 sot kartof sahəsini sel aparıb, sahələri lil basıb.
 

Kəndin ərazisindəki Yaşıl bağ adlanan massivdə də 30 hektar bağı lil qarışıq su basıb. Bu səbəbdən təsərrüfat sahələrinə gedən yollar da dağılıb.


Məlumata görə Qusar FHK-sı tərəfindən əraziyə yolların təmizlənib düzəlməsi üçün texnika göndərilib.



Qusarda güclü SEL - Fermerlərin əkin sahələri məhv olub – FOTO/VİDEO - foto 1
Qusarda güclü SEL - Fermerlərin əkin sahələri məhv olub – FOTO/VİDEO - foto 2
Qusarda güclü SEL - Fermerlərin əkin sahələri məhv olub – FOTO/VİDEO - foto 3
Qusarda güclü SEL - Fermerlərin əkin sahələri məhv olub – FOTO/VİDEO - foto 4


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO