Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Hazırda oxunan: Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO
610666
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aprelin 5-də keçirilən 9-cu sinif şagirdlərinin buraxılış imtahanında maksimum nəticə göstərən şagirdlərdən bəziləri uğurlarının sirlərindən danışıblar.

Bizim.Media xəbər verir ki, Bakı şəhəri 269 nömrəli tam orta məktəbin şagirdi Banu Babazadə sevincini “qafqazinfo.az” ilə bölüşərkən qeyd edib ki, bu nəticəni əldə etmək onun üçün elə də çətin olmayıb.

“İmtahandakı suallar normal səviyyədə idi. Məktəbdə bütün dərslərimi mütəmadi və yaxşı oxuduğum üçün bu nəticəni əldə etdim. Dərslərə səmərəli vaxt ayırmaq, məsuliyyətli olmaq və qarşına hədəf qoymaq uğurun ən əsas yoludur. Gələcəkdə Tibb Universitetinə qəbul olmaq istəyirəm”.
 

Maksimum nəticə göstərən 8 nəfər arasında yeganə oğlan olan Gəncə şəhər 2 nömrəli internat tipli xarici dillər təmayüllü gimnaziyanın şagirdi Seymur Hüseynov isə yüksək nəticə üçün təməlin güclü olmasının vacibliyini vurğulayıb.


“İmtahana həm məktəb müəllimlərimin köməyi, həm də repetitorlarla birgə hazırlaşmışam. Suallar çox çətin deyildi, sadəcə trapesiya ilə bağlı tapşırıq bir qədər düşündürücü idi. Artıq imtahandan bir gün əvvəl özümə inanırdım. Yaxşı nəticə üçün aşağı siniflərdən məktəb dərslərinə ciddi yanaşmaq lazımdır. Arzum gələcəkdə hüquqşünas olmaqdır”, - deyə o əlavə edib.

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO - foto 1
Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO