MEDİA multimedia məzmunlarının hazırlanması mövzusunda vörkşop keçirdi - FOTO

MEDİA multimedia məzmunlarının hazırlanması mövzusunda vörkşop keçirdi - FOTO

Hazırda oxunan: MEDİA multimedia məzmunlarının hazırlanması mövzusunda vörkşop keçirdi - FOTO
600766
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Medianın İnkişafı Agentliyi tərəfindən bir sıra media nümayəndələrinə “Vizual təsirin gücləndirilməsi və müasir auditoriya üçün cəlbedici multimedia məzmunlarının hazırlanması” mövzusunda vörkşop keçilib.

Bizim.Media xəbər verir ki, açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli vurğulayıb ki, rəqəmsal dövrdə medianın auditoriya ilə effektiv kommunikasiya qurması üçün vizual hekayəçilik və multimedia alətlərindən düzgün istifadə xüsusi əhəmiyyət daşıyır.

O qeyd edib ki, belə vörkşoplar jurnalistlərin peşəkar bacarıqlarının inkişafına, həmçinin müasir media mühitində rəqabət qabiliyyətli məzmunların hazırlanmasına töhfə verir.

Vizual kommunikasiya mütəxəssisi və film rejissoru Antye Dombrovskinin təqdimatında keçilən vörkşop çərçivəsində ümumilikdə altı sessiya təşkil olunub.
 

Sessiyalarda “Müasir multimedia məzmun yaradıcılığına giriş: təcrübə və fikir mübadiləsi”, “Real iş mühitində qərarvermə: peşə terminologiyası, montaj və vizual elementlərin işlənilməsi”, “Hekayəyə giriş: auditoriyanı cəlb edən giriş strategiyaları, emosiya və etibarlılıq”, “Avadanlıqlardan istifadə: kadrlama və perspektivin gücü”, “Vizual materiallarda emosional təsir və etik yanaşma”, eləcə də “Vizual hekayəçilikdə refleksiya və əsas nəticələr” mövzuları müzakirə olunub.


Antye Dombrovski diqqətə çatdırıb ki, vizual hekayəçilik və multimedia alətlərindən effektiv istifadə media materiallarının təsir gücünü artırmaqla yanaşı, məlumatın auditoriyaya daha aydın və cəlbedici şəkildə çatdırılmasına xidmət edir.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

MEDİA multimedia məzmunlarının hazırlanması mövzusunda vörkşop keçirdi - FOTO - foto 1
MEDİA multimedia məzmunlarının hazırlanması mövzusunda vörkşop keçirdi - FOTO - foto 2
MEDİA multimedia məzmunlarının hazırlanması mövzusunda vörkşop keçirdi - FOTO - foto 3
MEDİA multimedia məzmunlarının hazırlanması mövzusunda vörkşop keçirdi - FOTO - foto 4
MEDİA multimedia məzmunlarının hazırlanması mövzusunda vörkşop keçirdi - FOTO - foto 5
MEDİA multimedia məzmunlarının hazırlanması mövzusunda vörkşop keçirdi - FOTO - foto 6
MEDİA multimedia məzmunlarının hazırlanması mövzusunda vörkşop keçirdi - FOTO - foto 7
MEDİA multimedia məzmunlarının hazırlanması mövzusunda vörkşop keçirdi - FOTO - foto 8
MEDİA multimedia məzmunlarının hazırlanması mövzusunda vörkşop keçirdi - FOTO - foto 9
MEDİA multimedia məzmunlarının hazırlanması mövzusunda vörkşop keçirdi - FOTO - foto 10
MEDİA multimedia məzmunlarının hazırlanması mövzusunda vörkşop keçirdi - FOTO - foto 11
MEDİA multimedia məzmunlarının hazırlanması mövzusunda vörkşop keçirdi - FOTO - foto 12
MEDİA multimedia məzmunlarının hazırlanması mövzusunda vörkşop keçirdi - FOTO - foto 13
MEDİA multimedia məzmunlarının hazırlanması mövzusunda vörkşop keçirdi - FOTO - foto 14
MEDİA multimedia məzmunlarının hazırlanması mövzusunda vörkşop keçirdi - FOTO - foto 15
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO