Azərbaycanda bu il fəaliyyətini bərpa edən hüquqi şəxslərin SAYI

Azərbaycanda bu il fəaliyyətini bərpa edən hüquqi şəxslərin SAYI

Hazırda oxunan: Azərbaycanda bu il fəaliyyətini bərpa edən hüquqi şəxslərin SAYI
49489
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda fəaliyyəti bərpa edilmiş hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% artaraq 7 780 vahid təşkil edib.

Bizim.Media bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 2,5% artıb.

Bu il dekabrın 1-nə qeydiyyatda olan aktiv kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4% artıb, xüsusi çəkisi isə 59,8%-ə yüksəlib. Kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 15,7% artıb.

Ümumiyyətlə, müqayisə edilən dövrdə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 11,3% artaraq 41 543 vahid təşkil edib.

Bu ilin dekabrın 1-nə 16 732 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib, fəaliyyəti aktiv olan xarici investisiyalı kommersiya qurumlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,9% artıb. Yanvar-noyabr ayları ərzində dövlət qeydiyyatından keçmiş 999 xarici investisiyalı kommersiya hüquqi şəxsin 33,1%-i ticarət, 26,8%-i xidmət, 12,1%-i tikinti, 10,7%-i sənaye, 4,8%-i rabitə, 12,5 %-i isə digər sahələrdə fəaliyyət göstərir.

Yanvar-noyabr ayları ərzin də yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1 723 yerli investisiyalı MMC (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 86,5% çox) qeydiyyata alınıb.

Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16%, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 17,9% təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO