Azərbaycana gətirilən kartofda zərərverici aşkarlandı, məhsul geri qaytarıldı

Azərbaycana gətirilən kartofda zərərverici aşkarlandı, məhsul geri qaytarıldı

Hazırda oxunan: Azərbaycana gətirilən kartofda zərərverici aşkarlandı, məhsul geri qaytarıldı
48312
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində hüquqi şəxs "ZE-DENT" MMC tərəfindən Gürcüstandan idxal edilən ümumi çəkisi 89.6 ton ərzaqlıq kartof məhsulu partiyalarına Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.

Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Ditylenchus destructor Thor.” - kartofun gövdə nematodu) aşkar edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bu məhsulların Azərbaycandan Rusiyaya ixracı artdı


Agentlik tərəfindən istifadəyə yararsız ümumi çəkisi 89.6 ton ərzaqlıq kartof məhsulu partiyalarının Gürcüstana geri qaytarılması barədə qərar qəbul edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO