"Dünyanın 31 ölkəsindən iş adamlarını Azərbaycana gətirəcəyik" – Türkiyəli iş adamı

Hazırda oxunan: "Dünyanın 31 ölkəsindən iş adamlarını Azərbaycana gətirəcəyik" – Türkiyəli iş adamı
45833
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Təkcə Türkiyənin 43 şəhərindən deyil, dünyanın 31 ölkəsindən iş adamlarını Azərbaycana gətirəcəyik".

Bizim.Media xəbər verir ki, bunu noyabrın 14-17-si tarixlərində Bakıda təşkil olunacaq 25-ci Beynəlxalq Biznes Forum çərçivəsində keçirilən mətbuat konfransında çıxış edən Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İdarə Heyətinin sədri Mahmut Asmalı deyib.

M.Asmalının sözlərinə görə, Forum çərçivəsində B2B görüşləri də keçiriləcək:
 

"Bir müddət əvvəl Azərbaycan və Türkiyə prezidentləri mühüm bir sənədə imza atdılar və orada bildirdilər ki, biz bu sənədi imzaladıq indi iş adamlarının öhdəsinə bunu reallaşdırmaq düşür.


Biz də məhz bu tədbirdən 3 gün sonra iş adamlarını yığıb Azərbaycana gəldik. İnanırıq ki, bu forum da iş adamlarımızın qarşılıqlı fəaliyyətinə dəstək verəcək" (report).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO