İşğaldan azad edilmiş ərazilərlə bağlı əsas problem nədir? - Mikayıl Cabbarov açıqladı

İşğaldan azad edilmiş ərazilərlə bağlı əsas problem nədir? - Mikayıl Cabbarov açıqladı

Hazırda oxunan: İşğaldan azad edilmiş ərazilərlə bağlı əsas problem nədir? - Mikayıl Cabbarov açıqladı
0:00
0:00
45424
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"İşğaldan azad edilmiş ərazilərə vətəndaşlarımızın qayıtması imkanları və sayı ilə bağlı layihələr və dövlət proqramı hazırlanıb".

Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində çıxışı zamanı deyib.

“Həmin ərazilərdə biz torpaq islahatlarına dəyişiklik edə bilərik, ya yox, qərar yoxdur. İşçi müzakirələr Prezident Administrasiyasının da iştirakı ilə həyata keçirilir. Bununla bağlı yekun rəy odur ki, dəyişikliklər olmalıdır. İkinci məsələ isə burada iqtisadi fəallıqla sosial siyasət arasında düzgün balansın tapılması ilə bağlıdır. Burada problemin böyük hissəsi ondan ibarətdir ki, mülkiyyət sənədləri və olmayan sənədlərin müəyyənləşməsi məsələsi də var. Bu problem bu gün diqqət mərkəzindədir”, - deyə nazir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO