Azərbaycan, Türkmənistan və Türkiyə prezidentləri görüşəcək – Bu məsələlər müzakirə olunacaq 

Azərbaycan, Türkmənistan və Türkiyə prezidentləri görüşəcək – Bu məsələlər müzakirə olunacaq 

Hazırda oxunan: Azərbaycan, Türkmənistan və Türkiyə prezidentləri görüşəcək – Bu məsələlər müzakirə olunacaq 
45375
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Yaxın günlərdə Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşü olacaq”.

Bizim.Media xəbər verir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bildirib.

“Qarşıdan gələn üçtərəfli zirvə görüşündə söhbət ilk növbədə enerji, nəqliyyat, kommunikasiya və digər strateji istiqamətlərdən gedəcək”, - Türkmənistan Prezidenti deyib.

Türkmənistan, Azərbaycan və Türkiyənin Şərq-Qərb istiqamətində etibarlı nəqliyyat və enerji körpüsünün yaradılması üzərində fəal iş apardıqlarını qeyd edən Q.Berdiməhəmmədov nəqliyyat sahəsində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə layihənin həyata keçirilməsi perspektivlərinin mövcud olduğunu vurğulayıb.

Qeyd edək ki, Türkmənistan, Azərbaycan və Türkiyə prezidentlərinin görüşü 2021-ci ilin avqust ayında Xəzərin Türkmənistan sahillərində yerləşən "Avaz" milli turizm zonasında keçirilməli idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO